• Cum. May 26th, 2023

Təbii bitki ekspozisiyaları

  • Home
  • Təbii bitki ekspozisiyaları

 Təbii bitki ekspozisiyaları

Bağın mərkəzi alleyasının sağ və sol tərəfində  təbii bitkilərin ekspozisiyaları yerləşmişdir. Dendrologiya İnstitunun 12 ha sahəsində səkkiz  botaniki-coğrafi ekspozisiya  yaradılmışdır.
Şərqi Asiya florası, Orta Asiya florası, Şimali Amerika florası, Cənubi Amerika florası, Aralıq dınizi ölkələrinin  florası, Avstraliya və yeni Zellendiya florası, Qafqaz florası,Afrika florası.
Ekspozisiyalarda subtropik, tropik, və mənşəli, müxtəlif tipli meşə, çəmən, çöl, səhra  bitki nümunələri nümayiş etdirilir. Burada introduksiya olunan 1800  növdən təxminən 69-u nadir və nəsli kəsilməkdə olan  bitki növüdür. Su hovuzlarının ətrafında 25 cins və 230 növ rütubətsevən bitki qruplaşmışdır. Təbii floranın bitki  ekspozisiyaları  zəngin növ müxtəlifliyinə malikdir. Aralıq dəniz yanı ölkələrindən 255, Avstraliya və Yeni Zellandiya florasından 105, Qfqaz florasından 420, Şərqi Asiya  florasından 170, Şimali və Cənubi Amertikadan 180, Orta Asiya  florasından  isə 109 növdən  çox ağac və kol bitkiləri becərilir.

Gül- bəzək bitkilərinin  ekspozisiyaları

DSC01900

Dendrologiya İnstituna dünya florasından gətirilmiş qızılgül 22 növ,300 sort, nərgiz 9 növ, 35 sort, süsən 6 növ və 12 sort və s. müxtəlif gül- bəzək  kolleksiyaları da toplanmışdır.  Geniş yayılmayan çoxillik bitkilərin  75 növ və 162 sort,  kaktus 28 növ və 56 sort  eləcə də digər  bitki kolleksiyaları  növmüxtəlifliyi  ilə xarakterizə olunur. Kolleksiya fondunun fərqləndirici xüsusiyyətləri  buradakı  subtropik  zonanın təbii florasından olan müxtəlif bəzək növləridir. Təkcə lalərdən  ibarət zəngin  kolleksiyada  təxminən 15 növ və 26 sort vardır. Gül- bəzək  bitkilərinin kolleksiyası ərazinin açıq sahəsində əsas giriş sahəsində yerləşir. Bu kolleksiyalar introduksiya  tədqiqatları üçün bazadır. Onlar landşaft memarlığı  əsasında yaradılmış uzunmüddətli  əkinlərin  bəzək etalonlarıdır.

 Mədəni bitki ekspozisiyaları

Mədəni bitkilər 12 ekspozisiyada  nümayiş etdirilir. Burada təxminən 600 növ 760 sort vardır. Ekspozisiyalarda  kəndtəsərrüfatı  bitkilərinin təkamülü, mənşəyi və introduksiya nəticələri  təsvir olunur. Onların üzərində  bitkilərin yabanı  əjdadlarından və ilk az məhsullu formalarından  müasir yüksək məhsuldar  sortlarına qədər dəyişmələrini izləmək olar. Burada torpağın mulçalanması, meyvə bitkilərinin budanması və formalaşma üsulları ilə tanış olmaq olar. Bağda   ən iri nar kolleksiyası  18 növ və 400 sort,  meyvə ağaclarının kolleksiyası 128 növ , giləmeyvələr 60 növ, 130 sort saxlanılır. Efiryağlı bitkilərin  kolleksiyası 420 növdən ibarərtdir.  Dərman bitkilərinin  kolleksiyasında  370 növ vardır.  Meyvə bitkiləri və  yabanı növlərinin  kolleksiyası  62 növ və sort  formadan  ibarətdir.