• Sal. Mar 19th, 2024

Beynəlxalq əlaqələr

  • Home
  • Beynəlxalq əlaqələr

Beynəlхalq əlaqələri

  • Dünya Botanika Bağları;
  • REA Baş Bоtanika Bağı;
  • Ukrayna MEA-nın N.N.Qrişin adına Botanika Bağı;
  • Sofiyevka dendraloji parkı;
  • REA Mərkəzi Sibir Botanika Bağı;
  • Petrozavodsk Dövlət Universitetinin Botanika Bağı;
  • Belorusiya MEA-nın Mərkəzı Botanika Bağı;
  • Polşa Elmlər Akademiyasının Dendrologiya İnstitutu;
  • Moldaviya EA Botanika Bağı və s. ilə elmi əməldaşlığı davam etdirmişdir.

Ağac və kоl bitkilərinin sistematik araşdırılması, taksоnоmik göstərciləri, yayılma arealları, dekorativ, efir yağlı-dərman bitkiləri, üzrə monitorinqi aparılmış, təbii və mədəni florası tədqiq edilmişdir.

Cari ildə  Türkiyə Respublikasının Akdeniz Universitesinin Biologiya Bölümü və Botanika Bahçesi “Akdeniz Universtesi Botanik Bahçesi Uygulama və Araşdırma mərkəzindəki ağac-kol bitkiləri ilə Abşeronun ağac və kol bitkilərinin müqayisəli monitorinqi” mövzusunda müqavilə bağlanmışdır.

“Elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə” Pamukkale Universiteti Flora və Fauna Araşdırma, İnkişaf və Tətbiqi Mərkəzi ilə müqavilə imzalanmışdır.

Dendrologiya İnstitutu ilə Qazaxıstanın Meşəçilik və Aqromeşəçilik Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında anlaşma memorandumu imzalanıb. 2022 -ci il

A.N.Bukeyxan adına Qazaxıstan Meşəçilik və Aqromeşəçilik Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə sədr müavini, dosent Vitaliy Kirillov və Meşəbərpa və meşəsalma laboratoriyasının müdiri, dosent Svetlana Kabanova Dendrologiya İnstitutunun qonağı olublar. Görüş zamanı qonaqlara Dendrologiya İnstitutunun elmi potensialı barədə məlumat verilib və onlar müəssisədə fəaliyyət göstərən laboratoriyalarla yaxından tanış olublar. Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb. İmzalanmış memoranduma əsasən, gələcəkdə qarşılıqlı məsləhətləşmələr və danışıqlar nəticəsində hər iki qurum tərəfindən iş planları hazırlanacaq. Memorandum imzalandığı tarixdən 5 il müddətinə qüvvədədir. Hər iki qurum qarşılıqlı prinsiplərə əsaslanaraq qarşılıqlı maraqlar çərçivəsində müştərək tədqiqatların aparılmasını, elmi kadrların hazırlığını və mübadiləsini, birgə tədqiqat layihələrinin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsini, nəşrlərin və tədris materiallarının mübadiləsinin təşkilini, müştərək seminarlarda və akademik görüşlərdə iştirakını nəzərdə tutur.

Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Dendrologiya Bağında olub.2022 -ci il

Özbəkistanın Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Server Osmanov Edemoviç Dendrologiya  Bağının qonağı olub. Qonaq sözügedən müəssisənin elmi potensialı ilə yaxından tanış olub. Görüşdə Dendrologiya Bağı  Səmərqənd Dövlət Universitetinin Botanika bağı ilə əməkdaşlıq əlaqələrinin qurulması üzrə elmi layihələrin həyata keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində uzunmüddətli elmi mübadilələrin aparılması məsələləri müzakirə edilib. Görüş əsanasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılması, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üzrə geniş imkanların olduğu vurğulanıb. İki müəssisə arasında müqavilə hazırlanmışdır.

REA Baş Botanika Bağı ilə AMEA Dendrologiya İnstitutu arasında 12.10.2017-ci il tarixində elmi əməkdaşlığa dair müqavilə 5 illik imzalanmışdır. Müqaviləyə əsasən “Azərbaycan və Rusiyanın sərhədyani zonalarının müqayisəli monitorinqi” – nin aparılması nəzərdə tutulur.

Qırğızstan Respublikası E.Qareyev adına Botanika bağı ilə AMEA Dendrologiya İnstitutu arasında 22.09.2017-ci il tarixində müqavilə 5 illik imzalanmışdır. Müqaviləyə əsasən 2 elmi-tədqiqat müəssisəsi arasında müştərək elmi işlərin aparılması nəzərdə tutulmuşdur.

Elmi əməkdaşlıq haqqında Ukraynanın Bitki Sortlarının Ekspertizası İnstitutu ilə AMEA Dendrologiya İnstitutu arasında 28.09.2017-ci il tarixlərində müqavilə 5 illik imzalanmışdır. Müqaviləyə əsasən sortların təyini, elmi layihələrin aparılması, ikitərəfli əməkdaşlıq və .s.

Belarus MEA Baş Botanika Bağı ilə AMEA Dendrologiya İnstitutu arasında 10.04.2017- ci ildə bağlanmış müqavilə 5 illik. Müqaviləyə əsasən 2 elmi-tədqiqat müəssisəsi arasında müştərək elmi işlərin aparılması nəzərdə tutulmuşdur.