• Sal. Mar 19th, 2024

Əsas elmi istiqamət və nəticələri

  • Home
  • Əsas elmi istiqamət və nəticələri
Əsas fəaliyyət istiqamətləri“Azərbaycanda biomüxtəlifliyin müasir dövrdə vəziyyətinin öyrənilməsi, qorunub saxlanma prinsipi və yolları, səmərəli istifadəsi”
Əsas elmi nəticələrTədqiqatın əsas məqsədi: Təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişlənməsi və onların genofondunun müdafiəsi və saxlanması üçün biomüxtəlifliyin populyasiyalarının tərkibi, introduksiya və seleksiya sahələrin üzrə öyrənilməsi; Azərbaycanda ağac bitkilərinin növdaxili dəyişkənliyinin və populyasiya strukturunun tədqiqatı, regionda növlərin populyasiya əsasında genofondunun saxlanılması və seleksiya işlərinin tərtibatı yolları; ağac və kolların yeni dekorativ sort və formalarının bioekologiyasının qiymətləndirilməsi; meşə, təbiət abidələri, bağ-park obyektlərinin seçilməsi və öyrənilməsidir.Fəaliyyət dövründə bu elmi mərkəzdə sənaye və dərman əhəmiyyətli bitkilərin introduksiyası, uyğunlaşması, yaşıllaşdırılmada tədbiqi, efir yağı və bioloji fəal maddələrin alınma texnologiyası, təsərrüfat əhəmiyyətli bitkilərin yeni sort və formalarının alınması üzrə geniş tədqiqatlar aparılır.