• Cum. May 26th, 2023

Struktur

Strukturu

Yaranma tarixi  Azərbaycan Nazirlər Sovetinin 17 may 1966-cı il tarixli 310 saylı qərarı ilə bağ Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda Mərdəkan Dendrarisi şöbəsi  kimi fəaliyyət göstərmişdir. 21 may 1996-cı ildə Mərdəkan dendrarisi Biologiya Elmləri Bölməsinə tabe edilmiş və müstəqil elmi təşkilat kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli 104 saylı qərarına əsasən AMEA-nın Mərdəkan Dendrarisinə Dendrologiya İnstitutu statusu verilmişdir.
Əsas fəaliyyət istiqamətləri “Azərbaycanda biomüxtəlifliyin müasir dövrdə vəziyyətinin öyrənilməsi, qorunub saxlanma prinsipi və yolları, səmərəli istifadəsi”
Əsas elmi nəticələr Tədqiqatın əsas məqsədi: Təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişlənməsi və onların genofondunun müdafiəsi və saxlanması üçün biomüxtəlifliyin populyasiyalarının tərkibi, introduksiya və seleksiya sahələrin üzrə öyrənilməsi; Azərbaycanda ağac bitkilərinin növdaxili dəyişkənliyinin və populyasiya strukturunun tədqiqatı, regionda növlərin populyasiya əsasında genofondunun saxlanılması və seleksiya işlərinin tərtibatı yolları; ağac və kolların yeni dekorativ sort və formalarının bioekologiyasının qiymətləndirilməsi; meşə, təbiət abidələri, bağ-park obyektlərinin seçilməsi və öyrənilməsidir.Fəaliyyət dövründə bu elmi mərkəzdə sənaye və dərman əhəmiyyətli bitkilərin introduksiyası, uyğunlaşması, yaşıllaşdırılmada tədbiqi, efir yağı və bioloji fəal maddələrin alınma texnologiyası, təsərrüfat əhəmiyyətli bitkilərin yeni sort və formalarının alınması üzrə geniş tədqiqatlar aparılır.

-Təbii və mədəni florada cinslərin taksonomiyası ; biometric analizi; dendroflorasının xronoloji təsviri;

-Ex situ şəraitində ağac bitkilərinin nadir və məhv olmuş növlərinin saxlanılması; prioritet istiqamətlərinin müəyyən edilməsi;

-Ağac və kol növlərinin uyğunlaşdırılmasında mühit amillərinin təsiri və zərərverici həşaratların kütləvi çoxalması ilə əlaqədar olaraq arboxronoloji tədqiqatlar;  ciddi xəstəliklərə səbəb olan patogenliyinin təyini;

Azərbaycanın bitki ehtiyyatlarının mobilizasiyası –dərman bitkilərinin fitokimyəvi skrininqi, onların kompleks və səmərəli istifadə imkanlarının öyrənilməsi