• Per. Eyl 21st, 2023

SEAB-2023

AR ETN Dendrologiya İnstitutunda beynəlxalq simpozium keçiriləcək

Sentyabr ayında AR ETN  Dendrologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  altıncı “Avrasiyada Biomüxtəliflik – SEAB 2023” adlı beynəlxalq simpozium keçiriləcəkdir.

Simpozium işi Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla çoxlu sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri üzrə təşkil olunacaq.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda Dendrologiya İnstitutunda, 2016-cı ildə Türkiyənin Pamukkale Universitetində (Denizli), 2017-ci ildə Belarus Dövlət Universitetində (Minsk), 2018-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Dövlət Universitetində və simoziumun beşincisi isə 2021-ci ildə Al-Farabi adına Qazaxıstan Dövlət Universiteti və Türkiyənin Muğla Sıtkı Koçman Universitetində keçirilib.