• Per. Mar 28th, 2024

AMEA Dendrologiya İnstitutunda 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib

Bydendrologiya.az

Eyl 27, 2022

<?php echo do_shortcode(‘

‘); ?>

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bu gün respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.

AMEA Dendrologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan HİK- sədri Tünzalə Zeyvəliyeva haqq savaşında Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən söz açıb. Son damla qanına qədər vuruşaraq Azərbaycan xalqına bu zəfəri yaşadan şəhidlərin hər zaman xalqın qəlbində yaşayacaqlarını vurğulayıb. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldığını və üzərində fəxarətlə gəzdiyimiz qürur duyduqumuz bu torpqın Qarabağın simvolu, qəlblərimizin paytaxtı uğrunda qəhrəman cəngavərlərimiz savaşı öz qanı  hesabına başa gəldiyini vurğulayıb. “O igidlər, o yaraşıqlı qəhrəmanlar Qarabağı əbədi Vətən etmək üçün, bir daha ona həsrət qalmamağımız üçün, bir daha bu millətin torpağı işğal olunmasın deyə o torpağı, o daşı… qanlarıyla suvardılar … Sarsılmaz gücümüzün mistikası… Heç bir qələbə, heç bir zəfər elə-belə qazanılmır. Müzəffər Ordumuz var bizim, müzəffər Sərkərdəmiz var…”  Daha sonra  22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın 24 sentyabrda bağlanış mərasimində Şuşada, Cıdır düzündə iştirakından və işğaldan azad olmuş torpaqların necə vəhşiliklə dağıdılmasından, yurdumuzun gözəlliyindən bəhs edən xatirələrni bölüşüb.

 

Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində olan Dendrologiya bağının Publik hüquqi şəxsin sədr müavini, bilgiya üzrə fəlsəfə doktoru Samirə Bağırova çıxış edərək 44 günlük Haqq savaşımızdan ətraflı söz açaraq vurğulayıb ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi. “Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir”.

Direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru Həsənova Minarə çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.

Tədbir torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşın əsgərlərin valideyinlərinin və gənc alimlərin çıxşı ilə yekunalşıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!