• Paz. Mar 26th, 2023

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində botaniki tədqiqatlar aparılıb

Bydendrologiya.az

Eyl 21, 2022

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Botanika İnstitutunun birgə təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ekspedisiya təşkil olunub.

Ekspedisiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin öyrənilməsi və müqayisəli morfoloji, coğrafi, areoloji metodlardan istifadə etməklə bitkilərin monitorinqini aparmaq olub. Botanika İnstitutunun Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani, kiçik elmi işçisi Şəhla Mirzəyeva və ETSN-in əməkdaşlarının iştirakı ilə Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonları və ətraf kəndlərində geniş monitorinqlər aparılıb. İlkin monitorinqlərə əsasən, ermənilərin 30 ilə yaxın bir müddətdə törətdiyi ekoloji terror nəticəsində onminlərlə hektar meşə sahəsinin talan olunduğu, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə böyük zərər yetirildiyi, 100-dən çox təbiət abidəsinin məqsədli şəkildə məhv edildiyi aşkarlanib. Tədqiq olunan ərazilərdən 20-dən çox bitki nümunələri toplanılıb və Herbari fondunun zənginləşdirilməsi məqsədilə fonda təhvil verilib.

Tədqiqatlar zamanı “Qırmızı kitab”a daxil olan Juniperus foetidissima, Punica granatum Platanus orientalis növlərinə, həmçinin relikt növ olan Ficus carica növünə rast gəlinib. Botaniklər Şərqi Zəngəzur ərazisində “Qırmızı kitab”a daxil olan Tulipa shmidtii, Platanthera chlorantha, İris caucasica, Scilla caucasica, Galanthus caucasica, Pulsatilla violacea və s. növlərinin erkən yazda yenidən tədqiqini planlaşdırır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir