• Per. Nis 18th, 2024

“Media və təhsil dialoqu” mövzusunda təlim-seminar keçirilir

Bydendrologiya.az

Eyl 8, 2022

Elm və Təhsil Nazirliyi “Media və təhsil dialoqu” mövzusunda ikigünlük təlim-seminar keçirir. Azərbaycan-Fransız Universitetində təşkil edilən təlim-seminarın məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov tədbiri açaraq təlim-seminarın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu formatda tədbirlərə 2014-cü ildən başlanılıb.

Təlim-seminarın birinci günündə Təhsilin İnkişafı Fondunun fəaliyyət istiqamətləri, regional təhsil idarələri və məktəbəqədər təhsil müəssisələri, peşə təhsilindən gözləntilər haqqında təqdimatlar ediləcək. Həmçinin ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi, elm və ali təhsil sahəsində yeni addımlar, müəllimlərin işə qəbulu prosesi haqqında təqdimatlar ediləcəyi gözlənilir.