• Pts. Ara 4th, 2023

Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Dendrologiya Bağında olub

Bydendrologiya.az

Ağu 16, 2022
Özbəkistanın Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Server Osmanov Edemoviç Dendrologiya  Bağının qonağı olub.

Qonaq sözügedən müəssisənin elmi potensialı ilə yaxından tanış olub.

Görüşdə Dendrologiya Bağı  Səmərqənd Dövlət Universitetinin Botanika bağı ilə əməkdaşlıq əlaqələrinin qurulması üzrə elmi layihələrin həyata keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində uzunmüddətli elmi mübadilələrin aparılması məsələləri müzakirə edilib.

Görüş əsanasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılması, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üzrə geniş imkanların olduğu vurğulanıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir