• Sal. Ağu 9th, 2022

Dendrologiya İnstitutunun əməkdaşları üçün gəzintilər təşkil olunub

Bydendrologiya.az

Ağu 1, 2022
İnstitutnun Həmkarlar Təşkilatının sədri tərəfindən mütəmadi olaraq, əməkdaşların asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər – sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar,Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici və əyləndirici gəzinti təşkil edilir.
İnstitutunun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyevanın təşkilatçılığı ilə 30.07.22 ci il tarixlərində institutun 40 nəfər əməkdaşının Şamaxı, İsmayıllı rayonlarına gəzintisi təşkil edilib.
İnstitut əməkdaşları bölgənin görməli yerləri ilə tanış olub, təbiətin qoynunda yadda qalan bir gün keçiriblər. Gəzinti zamanı, həmçinin əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilib.
Əməkdaşlar gəzintidən məmnun qalmış, AMEA Dendrologiya İnstitutunun baş direktor v.i.e., b.ü.f.d., Samirə Bağırovaya və AMEA-nın Azad Həmkarlar İttifaqının sədri hüquq elmləri doktoru, professor Habil Qurbanova təşəkkürlərini bildiriblər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir