• Sal. Ağu 9th, 2022

Baku jurnalının növbəti buraxılışında Dendrologiya İnstitutuna aid məqalə yer alıb

Bydendrologiya.az

Tem 29, 2022
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevanın təsisçisi olduğu Baku jurnalının növbəti buraxılışında Dendrologiya İnstitutuna aid məqalə yer alıb.
Məqalədə Dendrologiya İnstitutunun tarixi böyük xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarov haqqında, 1800 növ ağac və kol bitkiləri, gül-bəzək ekspozisiyaları, mədəni və dekorativ bitkilər, fond kolleksiyaları haqqında geniş məlumat verilib.
Qeyd edək ki, Baku jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən “Baku” jurnalının ingilisdilli versiyası – “Baku International” nəşr edilməyə başlayıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir