• Sal. Ağu 9th, 2022

Cillis sezalpiniya (Caesalpinia gillisii Walt.) növünün Abşeron şəraitində introduksiyası və toxumla çoxaldılmasının öyrənilməsi

Bydendrologiya.az

Tem 27, 2022
Azərbaycan florasında 5000-ə yaxın bitki növünə rast gəlinir ki, bunlardan 460-dan artıq növ təbii halda bitən ağac və kol bitkiləridir. Son illərdə Azərbaycanın şəhər və parklarında çoxlu ağac və kol bitkilərinin müxtəlif növləri introduksiya edilmişdir. Introduksiya olunan аğас və kolların yeni iqlim şəraitində nə dərəcədə perspektiv olmasını müəyyən etmək əsas məsələlərdən biridir. Bu, əlbəttə bitkinin yeni şəraitdə böyümə və inkişafı, onun iqlim və tоrраq örtüyünə dözümlülüyü ilə əlaqədardır. Dendrologiya institutunda aparılan elmi tədqiqat işinin nəticəsinə əsasən daxili yaşıllaşdırmada istifadə olunan dekorativ bitki kimi tədqiqat obyekti olaraq Cillis sezalpiniya (Caesalpinia gillisii Walt.) növündən istifadə olunmuşdur.
Təxminən 160 cins və 2000 növdən ibarət Sezalpiniya yarımfəsiləsi Paxlakimilər fəsiləsinə aiddir. Əsasən tropiklərdə zəif bitən ağac bitkiləridir. Çiçəkləri ziqomorf və çoxdəyişkən olur.Yarımfəsilənin 7 cinsinə aid növlər Azərbaycanın təbii və mədəni şəraitində becərilir. Sezalpiniya cinsi Asiyanın tropik və subtropik ölkələrində geniş yayılmışdır. Ortaboylu qışda yarpaqlarını tökən və ya həmişəyaşıl ağac və koldur. Cinsə 100-ə yaxın növ daxildir. Azərbaycanda cinsin 2 növünə təsadüf edillir. Sezalpiniya cinsinə aid olan növlərin təyinatını aparan zaman açar ifadələrdən istifadə edilir. Budaqları iynəsiz, yarpaq oxu milsizdir, 4-5 cüt budaqlıdır, xırda yarpaqların uzunluğu 0,5-1 sm-dir. Cənubi Amerika, Suriya, Fələstin və Kiçik Asiya, Aralıq dənizi sahillərinin şərq və qərbində dəniz səthindən 400-1600 m hündürlükdə, daşlı-qayalı yamaclarda çılpaq qumluqlarda, həmişəyaşıl ağaclardan ibarət məşələrdə bitən ağac və kol bitkisidir.
Tədqiqat materialının toxumları AMEA-nın Dendrologiya İnstitutunun ərazisindən yığılaraq, “Ağac-kolların introduksiya və iqlimləşdirilməsi” laborotiriyasının təcrübə sahəsində açıq şəraitdə əkilmişdir. AMEA Dendrologiya İnstitutunda perspektivli bəzək bitkilərinin davamlı bazasının yaradılması üçün, Caesalpinia gillisii Walt növünün introduksiyası sahəsində tədqiqat işi aparmaqdır. Həmçinin həmin öyrənilən növün toxumla çoxaldılmasının perspektivliyi, onun yaşıllaşdırmada istifadəsi haqqında bir sıra praktik tövsiyələr verməkdir. Abşeron şəraitində bu bitkinin introduksiyasının perspektivliyini öyrənmək məqsədi ilə bitkinin ilkin ontogenez mərhələsində (yuvenil, cücərti fazaları) və ümumiyyətlə virginil və generativ dövrlərində bioekologiyası, morfogenezi, fenologiyası, anatomik quruluşunun öyrənilməsi qarşıya qoyulan əsas məsələdir. Tədqiqat zamanı bitkinin toxumla çoxaldılması, səpin vaxtınin müəyyən edilməsi, toxumların keyfiyyət qiyməti, cücərtisi və cücərmə enerjisi müəyyən edilmişdir. Toxumla çoxalma V.İ.Nekrasov, həm morfoloji, həm də fenoloji müşahidələr isə E.E.Serebyakov və N.E.Beydeman metodikası üzrə aparılmışdır.
Abşeronda yabanı halda rast gəlinir. Hündürlüyü 6-10 m-ə çatır. Mühit amillərindən asılı olaraq yarpaqlarını tökən və həmişəyaşıl koldur, qabığı açıq boz, həmişəyaşıl koldur, tikansızdır.Yarpaqları qalın, üstündən tünd yaşıl, mürəkkəb, tək və cüt lələkvari, 12-18 ədəd yarpaqcıqdan ibarətdir, uzunluğu 6-8 sm, eni 3-4 sm -dir.Yarpaq altlıqları yumurtavari, üçkünclü və qısadır. Çiçəkləri boz rəngli, budaqların üzərində yerləşir. Erkəkciyi 10, aşağıdan enlənmiş, ikiyuvalı tozluqlara malikdir. Kasacağı 1,5-2,5 sm uzunluğunda neştərvaridir. Ləçəkləri 5 ədəd olmaqla, 2-4 sm uzluğunda açıq-sarı rənglidir. May ayından sentyabr ayına qədər çiçəkləyir. Paxlası uzunov, yastı yumurtavari, neştərşəkillidir, tutqun və parlaq qəhvəyi rənglidir. Paxlalar açılmır, tərs-yumurtaşəkillidir, 7-8 mm uzunluqda, 6-7 mm enində, bir qədər basıq, 4-5 mm qalınlıqda , çox bərk, parlaqdır. Meyvəsi oktyabr-noyabr aylarında yetişir. Uzunömürlü, quraqlığadavamlı, isti və işıqsevən bitkidir. Hər il çiçəkləyir və meyvə verir.Cillis sezalpiniya (Caesalpinia gillisii Walt) bitksi fevral ayının I ongünlüyündə xüsusi hazırlanmış qarışıq-qum, torpağ və torf 1;1;1 nisbətilə açıq sahəyə əkilmişdir. Səpilən 100 toxumdan ilk cücərtilər yazda aprel ayının I ongünlüyündə, kütləvi cücərti isə II ongünlüyündə 85% əldə edilmişdir. Cillis sezalpiniya ( Caesalpinia gillisii Walt) bitkisinin 4 aylıq morfoloji göstəriciləri də təyin edilmişdir. Bu zaman çətirinin diametri 43sm, gövdənin diametri 0.5 mm, bitkinin hündürlüyü 148 sm olmuşdur. Bir bitki üzərində yarpaqların sayı 18 ədəd təyin edilmişdir. Həqiqi yarpaqların eni 0.3 mm, uzunluğu isə 0.5 mm , yarpaq saplağı eni 23 sm,uzunluğu isə 11 sm olmuşdur.
Tədqiqat işində introduksiya olunmuş , Cillis sezalpiniya ( Caesalpinia gillisii Walt) bitkisinə Abşeron şəraitində aqrotexniki qulluq göstərilərək, toxum və yüksək cücərti faizi əldə edilmişdir. Odur ki, bitkinin inkişaf mərhələsində bioekoloji xüsusiyyyətləri, fenologiya, morfologiya inkişaf dinamikası və yerli şəraitə uyğunlaşması öyrənilməkdədir. Sezalpiniya yarpaqları və gövdəsinin qabığı aşı maddəsi ilə zəngindir. Dekorativ görnüşə malik olduğundan onun Abşeron ərazisinin yaşıllaşdırmasında istifadəsi məqsədə uyğundur.
AMEA Dendrologiya İnstitutu
Ağac- kolların introduksiya və iqlimləşdirilməsi laboratoriyasının
elmi işçisi Nuray Qədirova

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir