• Sal. Ağu 9th, 2022

Dəyərli həmkarlar Azərbaycan mətbuatının nümayəndələri, əziz jurnalistlər!

Bydendrologiya.az

Tem 22, 2022
Bu gün 22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür.
Sizi 22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan milli mətbuatı bu günədək çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Hazırda bu missiya Sizin tərəfinizdən uğurla davam etdirilməkdədir. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalist öz peşə borclarını şərəflə yerinə yetirməklə, yorulmadan çalışırlar. Çıxdığınız bu çətin və şərəfli yolda hamınıza qələminizə sadiq qalmağı arzulayıram.
Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruh yüksəkliyi və işlərinizdə uğurlar arzulayırıq.
Gününüz mübarək !

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir