• Sal. Mar 19th, 2024

Akademik Arif Həşimov Özbəkistan Elmlər Akademiyasında olub

Bydendrologiya.az

Haz 22, 2022

AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Özbəkistan səfəri çərçivəsində bu ölkənin Elmlər Akademiyasında olub.

Akademik Arif Həşimov Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Bexzod Yuldaşev, vitse-prezidentlər Sirojiddin Mirzayev, Baxrom Abdülxalimov və Fizika-Texnika Elmləri Bölməsinin rəhbəri Sadulla Baxromovla görüşüb.

Görüşdə iki ölkənin Elmlər Akademiyaları arasında əməkdaşlıq imkanları, onun genişləndirilməsi və gələcək inkişafı məsələləri müzakirə olunub.

Müzakirələrdən sonra Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənəddə qarşılıqlı maraq kəsb edən və dövlətlərin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi və elmi-texniki problemlər üzrə birgə tədqiqatların aparılması, birgə elmi konfransların, simpoziumların, seminarların, görüşlərin təşkili, kadr hazırlığı, informasiya və nəşr mübadiləsi və s. məsələlər nəzərdə tutulur.

https://www.academy.uz/