• Paz. Haz 26th, 2022

Dendrologiya İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Bydendrologiya.az

Haz 14, 2022
İyunun 14-də AMEA Dendrologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə dövlət himni səsləndirilib Ulu önder Heydər Əliyevin xatirəsi anılıb.
Tədbiri institutun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova açaraq, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun institutun gəncləri haqqında düşüncələrni tövsiyyə, tapşırıqları və xatirələrini danışıb. Daha sonra Bağırova əlamətdar gün 15 iyun Milli Qurtuluş Gününü haqqında məlumat verib. Qeyd edib ki, “1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. Respublikanın qarşısında duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib”.
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışan Gənc alim və mütəxəssislər şurasının sədri Leyla Atayeva qurtuluş gününün tarixi əhəmiyyəti barədə fikirlərini bildirib. Qeyd edib ki, artıq Azərbaycan xalqı Milli Qurtuluş Gününü Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində qalib xalq kimi qeyd edir. O, çıxışında ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini qorudu, ölkəmizin bütün sahələrdə inkişafında, dünyada nüfuzunun artmasında mühüm və həlledici rolundan danışıb.
Tədbirdə çıxış edən İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova bildirib ki, ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırılıb, sabitlik və iqtisadi inkişaf təmin edilib. Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib.
İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva15 iyun – xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdən bəhs edib. O vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixi olduğunu qeyd edib.
Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan Zeyvəliyeva xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə iclas iştirakçılarını təbrik edərək, əməkdaşlara elmi iş fəliyyətində uğurlar arzulayıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir