Əvvvəlcə İnstitutun baş dirktor vəzifəsində çalışan və faciəli şəkildə vəfat edən AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi bir dəqiqəlik sukutla yad edilib.
Sədr Tünzalə Zeyvəliyeva çıxışında kollektivimizin bir ata itirdiyini amansız ölümün aramızdan vaxtsız apardığı El oğlu haqqında düşüncələrini paylaşıb.
“Tofiq Məmmədov bizim üçün həmişə nümunəvi müəllimimiz, rəhbərimiz olub . Biz ondan elmə ciddi yanaşmağı, elmə münasibəti, insanlara diqqətli olmağı, əməksevərliyi, təvazökarlığı öyrənmişik. Biz ondan məsuliyyetli olmağı işini sevməyi işinin peşəkarı lmağın dərsini almışıq”.
Qeyd edb ki, bu gün biz onun yoxluğunun ağır məqamını yaşasaq da, onun tələbkarlığını, ciddiliyini, fikir və tövsiyələrini, qayğısını, elmin inkişafına, onun təmizliyinin qorunmasına, elmə təsadüfi gələnlərə qarşı ədalətli və amansız mübarizəsinə yönəlmiş əməllərini daim xatırlayacayıq. Bizim hər birimiz işimizlə, əməlimizlə bundan sonra onsuz davam edən həyatda aldığımız nəsihət, elm, istedad ilə onun ölümsüz olduğunu subut edəcəyik.
İclasda AMEA Dendrologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Sadiq oğlu Məmmədovun 19 may 2022- ci il tarixində vəfatı ilə əlaqədar idarəetmə fəaliyyətinin tənzimlənməsi məqsədi ilə İnstitutun baş direktoru vəzifəsinin icrasının müvəqqəti olaraq, İnstitutun icracı direktoru biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırovaya həvalə edilməsi barədə AMEA Rəyasət Heyyətnin 3 iyun 2022- ci il N 11/14 qərarını kolektivin diqqətinə çatdırılmışdır.
Daha sonra İnstitutunun müvəqqəti icraçı baş direktoru Samirə Bağırova çıxşında Tofiq Məmmədovun biologiya elmində xidmətlərinə görə hələ sağlığında ikən özünə əbədi abidə ucaltdığını vurğulayıb. O, alimin zəngin elmi irsinin öyrənilməsi, qorunub saxlanılması, ləyaqətlə davam etdirilməsi və gələcək nəsillərə ötürülməsi, Dendrologiya İnstitutunun uğurlu fəaliyyət göstərməsi, mövcud elmi potensialdan səmərəli istifadə olunması, bütün kollektivin və onun yetirmələrinin mənəvi borcu olduğunu qeyd edərək, adı elmin tarixinə və qəlblərə əbədi həkk olunmuş Tofiq müəllimin xatirəsi hec bir zaman unudulmayacağını qeyd edib.
İclasda Bağırova daxili nizam- intizam qaydaları, elmi- tədqiqat iş planına uyğun olaraq şöbə və laboratoriyalarında yerinə yetirilən elmi tədqiqat işlərinin
yarımillik hesabatların hazırlanması, olaraq ekspedisiyaların təşkili müzakirə olunub. 1-4 iyul 2022-ci il tarixlərində AMEA-nın Dendrologiya İnstitutunun ev sahibliyi və ISRES cəmiyyətinin Türkiyə təşkilatçılığı ilə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda 2-ci beynəlxalq elmi praktik konfransın keçiriləcəyi haqqında və hazırlıq işləri haqqında tövsiyyə və tapşırıqlarını verib. Qeyd edək ki, Konfrans Təhsil və Elmdə Tədqiqat üzrə Beynəlxalq Cəmiyyət (ISRES) tərəfindən təşkil olunur. Konfransa daxil olan məqalələr elmi komitə tərəfindən qiymətləndirilərək “Konfrans materialları” xüsusi buraxılışında dərc olunacaq.
Bununla yanaşı, nüfuzlu məqalələr “Web of Science” və “Scopus” bazasında yerləşdiriləcək. Qeyd edək ki, ISRES konfransları daha öncə Lissabon (Portuqaliya), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) keçirilib.