• Paz. Haz 26th, 2022

Rusiya Baş Botanika Bağında  MDB ölkələri Botanika Bağları Şurasının 10 illiyinə həsr olunmuş konfrans keçirilib.

Bydendrologiya.az

Haz 9, 2022

7-10 iyun 2022-ci il tarixdə Moskva şəhərində, Rusiya Baş Botanika Bağında  MDB ölkələri Botanika Bağları Şurasının 10 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransa başlamazdan öncə Beynəlxalq Elmi Konfransın nümayəndə heyyəti AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsini  bir dəqiqəlik sukutla yad ediblər. “Qiymətli bitki genofondunun saxlanılması sahəsində Botanika Bağlarının əməkdaşlığı” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda AMEA Dendrologiya İnstitutu “Landşaft memarlığı” laboratoriyasının müdiri, dosent Şəlalə Adil qızı Gülməmmədova tərəfindən “Abşeron şəraitində bitki müxtəlifliyinin  öyrənilməsi və saxlanilması” mövzusunda məruzə edilmişdir. Məruzədə 2019-2021-ci illərdə Abşeronda landşaft dizaynının inkişafı üçün park və bağlarında yerli və müxtəlif ölkələrdən introduksiya olunmuş dekorativ bitkilərin növ və sort müxtəlifliyi, elmi üsullarla müxtəlif formalı kompozisiyaların tərtibatının öyrənilməsi məqsədi ilə Abşeronun Dənizkənarı Milli Parkında – 51 fəsilə, 78 cins, 97 növ, Filarmoniya Bağında – 34 fəsilə, 45 cins, 55 növ, Səməd Vurğun – 23 fəsilə, 32 cins, 35 növ, Xaqani Parkında -29 fəsilə, 41 cins, 46 növ dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi, mənşəyinin təyin edilməsi, kompozisiyalarda bitkilərin bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya mənzərəli (orijinal formalı) üslublarda düzəldilmə qaydaları, bitkilərin müxtəlif əkinlərdə istifadə perspektivliyi, bitkilərin dekorativ budanması, kiçik memarlıq formalarının istifadəsi haqqında geniş məlumat verilmişdir. Aparılan elmi-tədqiqat işinin nəticəsində müəyyən edilmişdir ki, tədqiq edilən dekorativ bitkilər Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və landşaft dizaynında geniş istifadə oluna bilər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir