• Paz. Haz 26th, 2022

“Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransına tezislər qəbul olunur

Bydendrologiya.az

Haz 8, 2022
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu oktyabrda “Şuşa İli”nə həsr olunan “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirəcək.
Konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.
Elmi konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək qafqazkonfrans3@gmail.com ünvanına göndərməlidirlər. Müəlliflər konfransın Elmi Komitəsinin tezislərlə bağlı qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul ediləcək.
Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir