• Paz. Haz 26th, 2022

“Elm” qəzetinin yeni sayı çap olunub

Bydendrologiya.az

May 16, 2022

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-da “Heydər Əliyev: Dövlətçilik təlimi və müasir dövr” mövzusunda keçirilən konfrans, akademik Arif Həşimovun AMEA-nın Yer və Kimya Elmləri bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşü, dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntərin İnformasiya Texnologiyaları İnstitutuna ziyarəti, “Müasir Azərbaycan elminin inkişafı Ulu Öndərin adı ilə bağlıdır”, “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə”, “Güclü elm çiçəklənən dövlət deməkdir” sərlövhəli məqalələr, professor Xəlil Kələntərlə müsahibə, “Teknofest Azərbaycan” festivalı çərçivəsində təşkil olunacaq sərgidə Akademiyanın elmi müəssisə və təşkilatlarının iştirakına hazırlıqla bağlı məlumatlar, nəşrlər, müsabiqələr, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir