• Per. Mar 28th, 2024

“Ədəbiyyatımızda, mədəniyyətimizdə və tariximizdə Şuşa” mövzusunda respublika gənclər konfransı keçiriləcək

Bydendrologiya.az

Nis 14, 2022

4 oktyabr 2022-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Şuşa il”inə həsr olunan “Ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə Şuşa” mövzusunda respublika gənclər konfransı keçiriləcək.

Tədbir aşağıdakı bölmələr üzrə baş tutacaq:

Məruzə tezislərinin tərtib olunma qaydaları:

– Mətn Microsoft Word redaktorunda (Times New Roman) şriftilə – 12 ppt, sətirlərarası 1,5 intervalda, A4 formatda (210×297 mm) yığılır.

– Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan aşağıda isə elmi dərəcəsi, iş yeri və elektron ünvanı (hamısı kiçik hərflə) göstərilməlidir;

– Mətnin sağ tərəfində 1 sm, sol tərəfində 3 sm, aşağı hissəsində 2 sm, yuxarı hissəsində isə 2 sm boşluq olmalıdır;

– Tezis Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində;

– Tezis ingilis dilində yazılarsa, xülasə Azərbaycan dilində;

– Tezis rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur.

– Xülasələr daxil olmaqla tezisin həcmi 3 səhifəyə qədər olmalıdır.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1 avqust 2022-ci ildir.

Konfransın materialları PDF şəklində konfransdan sonra muzeyin saytında yerləşdiriləcək.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 492 38 27

E-mail: gencalim.nizamimuseum@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.