• Cum. Mar 29th, 2024

AMEA-nın Dendrologiya İnstitutunun aztəminatlı əməkdaşlarına Yeni il bayramı münasibətilə bayram sovqatı paylanıb

Bydendrologiya.az

Ara 30, 2021

İnstitutun baş direktoru AMEA nın müxbür üzvü Tofiq Məmmədov tədbiri açaraq, elmi-tədqiqat müəssisəsinin əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək xoş arzularını diqqətə çatdırıb. Baş direktor qarşıdan gələn yeni ilin sevinc və uğur dolu olmasını diləmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söhbət açmışdır.

Daha sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və 2022-ci ilin daxil olması münasibəti   ilə İnstitut kollektivi ilə yanaşı bütün Azərbaycan xalqını təbrik etdi.

Çıxışında T.Zeyvəliyeva  yardım aksiyasının həyata keçirilməsində göstərdiyi dəstəyə görə AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanova öz təşəkkürünü bildirib.

Tədbirin sonunda Dendrologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən qarşıdan gələn Yeni il bayramı münasibət ilə sözügedən müəssisənin 118  sosial vəziyyəti aşağı olan əməkdaşına bayram sovqatı paylanıldı.

Yardım göstərilən ailələr diqqət və qayğıya görə AMEA-nın Azad Həmkarlar İttifaqına və Həmkarlar İttifaqı Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.