• Sal. Ağu 9th, 2022

Dekabrın 8-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasının və  AMEA Dendrologiya İnstitutunun Elmi şurasının birgə iclası keçirilib.

Bydendrologiya.az

Ara 9, 2021

İclas Dendrologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabata həsr olunub. İclasa AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova sədrlik edib.

İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik İradə Hüseynova 10 dekabr tarixinin Ulu Öndər Heydər Əliyevin anım günü olduğunu vurğulayıb, müstəqil Azərbaycanın memarının dövlətimiz və xalqımız qarşısında xidmətlərindən bəhs edib.

Daha sonra iclasda Dendrologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları barədə hesabat məruzəsi dinlənilib. Hesabatı institutun icraçı direktoru b.ü.f.d., dos. Samirə Bağırova təqdim edib.

Məruzəçi ilk olaraq cari ildə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramları ilə əlaqədar tapşırıqların icrası haqqında məlumat verib. Samirə Bağırova qeyd edib ki, Dendrologiya İnstitutunda təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişləndirilməsi və biomüxtəlifliyinin qorunması üzrə tədqiqatlar aparılır. Bu məqsədlə cari ildə Böyük və Kiçik Qafqaz ərazilərində monitorinqlər aparılıb, Azərbaycan dendroflorasının müasir vəziyyəti öyrənilib, bitkilərin taksonomik tərkibi araşdırılıb. Ekosistemin bərpası, nadir növlərin repatriasiyası, dendroiqlim və dendroxronoloji təhlillər, tarixi təbiət abidələrinin inventarlaşdırılaraq sertifikatlaşdırılması, müvafiq ərazlərin dendroflorasında olan növlərin landşaft memarlığında istifadəsi, genefondun bərpası istiqamətində elmi tədqiqat işləri aparılıb. Bitkilərin ekoloji mühit amillərinə uyğunlaşması və davamlılıq dərəcəsinin təyini, xəstəliktörədicilər və zərərverici həşəratlarla yoluxma vəziyyətinin öyrənilməsi, onlara qarşı inteqrir mübarizə üsüllarının hazırlanması üzrə tədqiqatlar davam etdirilir.

Məruzəçi qeyd edib ki, 2021-ci ildə AMEA-nın Dendrologiya İnstitutunun 8 laboratoriyasında 5 elmlər və 13 fəlsəfə doktoru tərəfindən aparılan elmi tədqiqat işlərini əks etdirən 31 nəticə alınıb. Onlardan bir neçəsi ən mühüm nəticə kimi seçilib.

2021-ci ildə institutun əməkdaşları tərəfindən 17-si yüksək reytinqli jurnallarda olmaqla, ümumilikdə 94 məqalə və tezis, eləcə də 2 kitab (“Abşeron florasının taksonomik spektri”, “Ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan şəfalı bitkilər”) dərc edilib. Dendrologiya İnstitutunun əməkdaşları beynəlxalq və yerli konfranslarda iştirak etməklə çoxsaylı setifikatlar alıblar.

Qarabağın biomüxtəlifliyinin öyrənilməsi məqsədilə institutun rəhbərliyi və əməkdaşları tərəfindən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə Zəngilan rayonunun Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlər aparılıb, qoruğun ərazisində bitki taksonlarının təbii arealı araşdırılıb, ərazinin ekoloji vəziyyəti, antropogen təsirə məruzqalma səviyyəsi öyrənilib, 27 növ ağac, 18 kol və 11 ot bitkisi qeydə alınıb. Bunlardan 5 növ “Qırmızı kitab”a daxildir.

İnstitutda elmin, təhsilin və iqtisadiyyatın inteqrasiyası məqsədilə ali və orta ixtisas məktəbləri ilə birgə mütəmadi olaraq ətraf mühitin mühafizəsi istiqamətində ekoloji, metodik layihələr, ağacəkmə aksiyaları həyata keçirilir. Cari ildə burada Zəfər Günü ilə əlaqədar gənc rəssamların foto və əl işlərindən ibarət “Xarıbülbül” mövzusunda respublika rəsm müsabiqəsi təşkil olunub. 2021-ci ildə Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Zəfər TV internet kanalı fəaliyyətə başlayıb, silsilə çəkilişlər aparılıb. İnstitutun rəsmi veb-saytı dendrologiya.az daim yenilənir. İnstitutun laboratoriyalarının elmi fəaliyyətini əks etdirən 80 videoçarx rəsmi Facebook və Youtube veb səhifələrində paylaşılıb.

AMEA Dendrologiya İnstitutunda kadr hazırlığı davam etdirilib. İnstitutun 2 əməkdaşının dissertasiya işi AMEA Botanika İnstitutunun ED1.26 Dissertasiya Şurasında müzakirədən keçib.

Dendroloji parkın canlı kolleksiya fondunun qorunub saxlanılması, zənginləşdirilməsi və çoxaldılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir.

Sonra məruzəçi iclasın sədrinin və iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Hesabat ətrafında geniş müzakirələr aparılıb, çıxış edənlər institutun birillik fəaliyyəti və əldə olunan nəticələri qənaətbəxş hesab ediblər.

Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq, Dendrologiya İnstitutunun inkişafda olduğunu qeyd edib, növbəti dövr üçün tövsiyə və tapşırıqlarını verib.

Yekunda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul olunub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir