• Cum. Oca 21st, 2022

“Ürək-damar xəstəliklərinin şəfalı bitkiləri” kitabı çapdan çıxıb  

Bydendrologiya.az

Ara 7, 2021

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, b.ü.f.d., dosent Ramiz Ələkbərov müəllifi olduqları  “Ürək-damar xəstəliklərinin şəfalı bitkiləri” kitabı çap olunub.

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Təbii dərmanları insanların tanımaları və onlardan istifadə etmələri zamanın sınağından uğurla çıxmış və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib daha da artırmışdır. Tədqiqatların nəticəsi olaraq müxtəlif əlamət və xüsusiyyətlərinə, torpaq-iqlim şəraitinə və becərilməsinə görə bir-birindən kəskin fərqlənən 37 növ dərman bitkisinin Azərbaycanda yayılması, botaniki və ekoloji xüsusiyyətləri, fitokimyəvi tərkibi, faydaları, xəstəliklərin ilkin əlamətləri, fəsadları və müalicəsi, ekstraktların təbabətdə istifadəsi üçün konkret reseptlər haqqında məlumatlar ümumiləşdirilmiş nəticə olaraq “Ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan şəfalı bitkilər” adlı kitab nəşr edilmişdir.

Kitabdan Kitabdan elmi işçilər, müəllimlər, tibb kolleci tələbələri, müstəqil loğmanlar və ürək-damar xəstəliklərinə tutulan insanlar istifadə edə bilərlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir