• Paz. Oca 23rd, 2022

“Abşeron florasının taksonomik spektri” kitabı çapdan çıxıb

Bydendrologiya.az

Ara 7, 2021

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, b.e.d., prof. Əliyar İbrahimov, b.e.d., dosent Fatmaxanım Nəbiyevanın müəllifi olduqları  “Abşeron florasının taksonomik spektri” kitabı çap olunub.

Nəşrdə Abşeronun florasının (yabanı, mədəni) bitkiliyinin geobotaniki xüsusiyyətləri öyrənilmiş, 1800-dən artıq bitki nümunəsi “Herbari” fonduna daxil edilmişdir. Abşeron yarımadasının təbii və mədəni florası təhlil edilərək 183 fəsilə, 967 cins, 2455 növ aşkar edilmişdir. Ərazidə 72 endemik bitki növündən 12 fəsilə, 36 cinsə məxsus olan 50 növün Azərbaycan endemi, 12 fəsilə, 17 cinsdə cəmləşmiş 22 növün Qafqaz endemi və 35 növün relikt bitkilər olduğu müəyyən edilmişdir. Abşeronun müasir florasına 62 fəsilə, 247 cins və 1323 yeni bitki növünün əlavə olunduğu müəyyən olunmuşdur ki, bu növlər Azərbaycan Respublikası və bütövlükdə Qafqaz florası üçün yeni növlərdir.

Tədqiqatların nəticəsi olaraq “Abşeron florasının taksonomik spektri” fundamental kitabı  botanik, ekoloq və dendroloqlar, tədqiqatçılar həmçinin ali və orta ixtisas məktəbinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir