• Paz. Oca 23rd, 2022

“Elm” qəzetinin xüsusi buraxılışı nəşr olunub

Bydendrologiya.az

Ara 3, 2021

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin Rusiya Elmlər Akademiyasının (REA) prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin 25-27 noyabr tarixlərində ölkəmizə səfərinə həsr edilmiş xüsusi buraxılışı işıq üzü görüb.

Qəzetdə Rusiya Elmlər Akademiyasının rəhbərliyinin Prezident İlham Əliyevlə görüşü, REA nümayəndə heyətinin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi, Rusiya Elmlər Akademiyasının prezidentinin Azərbaycan elmi ictimaiyyəti ilə görüşü, həmçinin sözügedən görüşdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin, Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin, AMEA Rəyasət Heyətinin üzvü, akademik Gövhər Baxşəliyevanın, REA-nın vitse-prezidenti, akademik Yuri Baleqanın, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin çıxışları, AMEA ilə REA arasında imzalanan “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”i və həmin tədbirin iştirakçılarının bəyannaməsi oxuculara təqdim olunur.

Bundan əlavə, xüsusi buraxılışda REA rəsmilərinin Dövlət İmtahan Mərkəzinə, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinə və Dendrologiya İnstitutuna ziyarətləri də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir