• Paz. Oca 23rd, 2022

Azərbaycanda hərbi helikopter qəzası: 14 nəfər ölüb, 2 nəfər yaralanıb

Bydendrologiya.az

Kas 30, 2021

Çərşənbə axşamı günü saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.

Rəsmi qurumlar qəzanın səbəbləri barədə hələ ki, açıqlama verməyib.

Dövlət Sərhəd Xidməti qəza nəticəsində həlak olanların adlarını açıqlayıb:

  • polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
  • polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
  • mayor Həsənov Elmir Mircəlil oğlu;
  • mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
  • mayor Mayılov Emil Şahid oğlu;
  • mayor Məmmədov Murad Yaşar oğlu;
  • mayor Əliyev Emil Elman oğlu;
  • tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
  • kapitan Bayramlı Cavid Əhliman oğlu;
  • kapitan Əliyev Xəyyam Əlixan oğlu;
  • kapitan Qaraisayev Teymur Ənvər oğlu;
  • leytenant Süleymanov Abdulla Telman oğlu;
  • baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
  • işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar, Dövlət Sərhəd Xidməti bildirib.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerində olduğu, hadisə ilə əlaqədar birgə araşdırmanın aparıldığı açıqlanıb.

Baş Prokurorluq bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin “uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda” və digər maddələri ilə cinayət işi başlanıb.

Məlumatda deyilir ki, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir