• Çar. Oca 19th, 2022

Dendrologiya İnstitutunda Anım gününə aid tədbir keçirilib

Bydendrologiya.az

Eyl 25, 2021

AMEA-nın Dendrologiya İnstitutunda “Qələbəyə ilk addım” adlı Anım Gününə həsr olunmuş seminar təşkil olunub.

Seminara qonaq qismində Vətən müharibəsinin döyüşçüsü Füzuli, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Hadrut, Şuşanın alınmasında əvəzsiz rolu olan 11 medal sahibi qazi Elmir Əhmədov dəvət olunub.

Tədbirin açılışında Vətən müharibəsində canlarını fəda etmiş şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Seminarda çıxış edən Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik-siyasi müstəvidə, informasiya cəbhəsində, döyüş meydanlarında, eləcə də xarici təzyiqlərin qarşısında ruh yüksəkliyi ilə çıxışlarından bəhs edib.

Daha sonra institutun direktor müavini Samirə Bağırova, sözügedən müəssisənin Qadınlar Şurasının sədri Minarə Həsənova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışlarında 27 sentyabr – Anım Gününün önəmindən söz açıblar.

Seminarda qazi Elmir Əhmədov keçdiyi döyüş yolu barədə təəssüratlarını iştirakçılarla bölüşüb.

Yığıncaqda çıxış edən Dendrologiya İnstitutunun əməkdaşları 44 günlük Vətən müharibəsində  döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərimizə qarşı törədilən terror aktlarından bəhs ediblər. Yaşayış məntəqələrinə qadağan edilmiş silahlardan istifadə edilməsi nəticəsində yüzə yaxın dinc azərbaycanlının şəhid olduğu qeyd edilib.

Tədbirin sonunda qazi Elmir Əhmədova  Fəxri diplom təqdim olunub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir