• Per. Mar 28th, 2024

AMEA və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən layihə müsabiqəsi elan edilir

Bydendrologiya.az

Eyl 16, 2021

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən AMEA-nın elmi müəssisələri üçün 2022-2023-cü illər üzrə müştərək layihə müsabiqəsi elan edilir.

Layihə təklifləri aşağıdakı sahələr üzrə təqdim edilməlidir:

– rəqəmsal informasiya-kommunikasiya və sahələrarası texnologiyalar;

– maşınqayırma texnologiyaları, avadanlıqların yaradılması və innovativ materiallar;

– biolotibb istiqamətləri: biotexnologiyalar (genom, postgenom, hüceyrə, mikrobial, tibbi, istehsal), infeksion (virus etiologiyaları daxil olmaqla) və qeyri-infeksion xəstəliklərin diaqnostikası, tibbi profilaktikası və müalicəsi, süni toxuma və orqanlar, fərdi tibb, farmoseptik substansiyalar və dərman preparatları;

– yeni materialların yaradılması.

Təqdim olunan layihə müəlliflərinə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun mövzulara üstünlük verilməsi tövsiyə olunur.

Layihə təklifləri 15 sentyabr 2021-ci il tarixindən 15 noyabr 2021-ci il saat 18:00-a qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsi tərəfindən qəbul edilir. Layihələrin elektron variantı projects45@gmail.com ünvanına göndərilməlidir.

Ərizə formalarını buradan yükləyə bilərsiniz.

Qeyd edək ki, layihələr ingilis dilində qəbul olunur.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 34 46

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.