• Cum. Mar 29th, 2024

Hirkan florasına dair məqalə nüfuzlu jurnalda çap olunub

Bydendrologiya.az

Eyl 3, 2021

AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları Samirə Bağırova, Minarə Həsənova, Aydan Rəsulova, Leyla Atayeva və Nurlanə Şükurovanın Türkiyənin nüfuzlu jurnalı olan “Bağbahçe Bilim” jurnalında “Azərbaycan Respublikasının Hirkan florasının dendroflorası və bəzi növlərin dendroxronoloji təhlili” adlı məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Respublikasında relyef, bitki örtüyü və torpaq örtüyü ilə fərqlənən Hirkan bölgəsindəki Hirkan Milli Parkının dendroflorası izlənilib, bitki növləri müəyyən edilib, taksonomik siyahı tərtib edilib və dendroxronoloji xüsusiyyətlər araşdırılıb. Tədqiqat sahəsinin florasında 7 kolluq olan 7 ədəd müəyyən edilib. 21 fərqli cinsə aid 54 ağac və kol növündən 11 toxum və 86 herbari nümunəsi 28 fərqli sahədən toplanaraq laboratoriya şəraitində hazırlanıb. Toplanan herbarilər, Engler və APG III-IV sistemləri əsasında təhlil edilərək “herbari” və “toxum” fonduna əlavə edilib.

Dendroxronoloji tədqiqatların nəticələri təsdiq edib ki, tədqiq olunan növlərdə gövdənin illik artımı ekoloji və iqlim şəraitindən asılı olaraq baş verir. Hirkan florasının meşə ekosistemlərində üstünlük təşkil edən növlərin yaş quruluşunun dendroxronoloji təhlili zamanı 1940-1952 və 2003-2007-ci illər arasında yüksək radial artım və 1911-1921-ci illər arasında inkişaf və 2006-2013-cü illər dinamikasında kəskin zəifləmə müşahidə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.