• Cum. Mar 29th, 2024

Dendrologiya İnstitutu əməkdaşının məqaləsi Skvortsovia (International Journal of Salicology and Plant Biology) jurnalında işıqlanıb

Bydendrologiya.az

Haz 25, 2021

AMEA Dendrologiya İnstitutu “Sənaye əhəmiyyətli bitkilər” laboratoriyasının əmakdaşı  elmi işçi Güllü Əliyevanın tədqiqat işlərinin nəticəsini əks etdirən “Variations in leaf morphological and functional traits of Quercus castaneifolia C.A.Mey. (Fagaceae) in Azerbaijan” adlı məqalə Rusiya Elmlər Akademiyasının Skvortsovia (International Journal of Salicology and Plant Biology) jurnalında işıq üzü görüb.

Məqalədə Azərbaycanın müxtəlif bölgələrində (Hirkan Milli Parkı, Lənkəran düzənliyi və Abşeron) bitən Quercus castaneifolia populyasiyalarında populyasiyadaxili və populyasiyalararası müxtəlifliyi qiymətləndirmək üçün yarpaqlarının morfoloji və funksional əlamətlərinin variasiyasını və bu variasiyanın ətraf mühit şəraitinin, eləcə də coğrafi şəraitin dəyişməsi ilə əlaqəsi analiz edilmişdir. Təkölçülü və çoxölçülü analizlərdən istifadə edərək 3 populyasiyadan 30 ağacın 300 yarpağının morfoloji və funksional fərqi ölçülmüş və təhlil edilmişdir. Nəticədə müəyyən edilmişdir ki, yarpağın sahəsi, yarpağın eni və yarpağın perimetri kimi morfoloji parametrlər yağıntının illik miqdarının artması ilə azalmışdır. Yarpağın vahid sahəyə görə kütləsi, su tutumu, nisbi su tutumu və şirəlilik kimi nəmlik göstəriciləri isə yağıntının orta illik miqdarı və hündürlüklə müsbət, orta illik temperaturla mənfi korrelyativ əlaqə yaradır. Məqalə yarpaqların dəyişən mühit şəraitinə cavab olaraq yarpaq plastikliyinin adaptiv polimorfizmini ifadə edir.