• Cum. Mar 29th, 2024

AMEA Dendrologiya İnstitutunun direktoru beynəlxalq simpoziumda iştirak edib

Bydendrologiya.az

Nis 23, 2018

AMEA Dendrologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 18-22 aprel 2018-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “MESMAP – 4. Tibbi və Ətirli Bitkilər” mövzusunda Aralıqdənizyanı ölkələrinin  IV Beynəlxalq Simpoziumunda iştirak edib. Simpoziumda alimin “Abşeronun təsərrüfat əhəmiyyətli ağac və kol bitkiləri” mövzusunda məruzəsi dinlənilib.

          Görkəmli alimlərlə görüşlər keçirilmiş, birgə əməkdaşlıq, müştərək nəşrlər, konfrans və simpoziumların keçirilməsi haqqında danışıqlar aparılmışdır.

         Simpozium iştirakçılarının qərarına əsasən növbəti ”MESMAP-5”  Beynəlxalq simpoziumun 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda keçirilməsi haqqıında qərar qəbul edilmişdir.

[cycloneslider id=”3872″]