• Per. Mar 28th, 2024

AMEA DENDROLOGİYA İNSTİTUTUNDA XOCALI SOYQIRIMI YAD EDİLDİ

Bydendrologiya.az

Şub 27, 2018

IMG_20180226_16534926 fevaral 2018- ci il tarixində AMEA Dendrologiya İnstitutunda Xocalı soyqırımı qurbanları yad edilmişdir. Tədbiri giriş sözü ilə açan AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildən başlayaraq Xocalıda baş verən vəhşiliklərdən söhbət açdı. Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilən soydaşlarımız həmin tarixin yaddaşlarda və tariximizdə iz saldığını, tarixi faciənin tarixi analoqunun olmamasını vurğuladı. Daha sonra AMEA Dendrologiya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışnda Xocalı qətliamı və milli qəhrəman jurnalist Çingiz Mustafayev haqqında vətənpərvər jurnalist olmasının, onun cəbhədə başlayan həyatının cəbhədə bitməsinin, operativ reportajların müəllifi olmasını qeyd etdi. Çingizin bugün jurnalistika sahəsində işləyən həmkarlarımız üçün bir həyat məktəbinin olmalısını vurğuladı.

Sonda tədbir İnstitut əməkdaşlarının övladlarının Xocalı faciəsi haqqında şer söyləməsi və Soyqırım haqqında video çarx nümayiş etdirilməsi ilə yad edildi.
Qarabağ uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik!

28279995_326947014484781_5160322647629463402_n

 

 

 

 

 

 

IMG-20180226-WA0032

 IMG_20180226_220005_336