• Paz. Mar 3rd, 2024

AR ETN  Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə Qazaxstan Respublikası Əl-Fərabi Universitetində Beynəlxalq Konfrans və Forum keçiriləcəkdir

Bydendrologiya.az

Şub 9, 2024

27-28 mart 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi Əl-Farabi adına Qazax Milli Universiteti Biologiya və Biotexnologiya fakültəsi, Cənubda Davamlı İnkişafın təmin edilməsi üzrə Elm və Texnologiya Komissiyası (COMSATS), Elmi və Texnologiya üzrə Əməkdaşlıq Komitəsi İƏT (İslam Əməkdaşlıq Təşkilatı) COMSTECH-in birgə təşkilatçılığı ilə Əl-Farabi adına Qazax Milli Universitetinin 90 illik yubileyinə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq “Biologiya Elmlərinin Davamlı İnkişafında Müasir Trendlər” adlı Beynəlxalq Elmi-Praktik Konfrans və Forum keçiriləcəkdir.

Beynəlxalq tədbir biologiyanın perspektivli sahələrinin inkişafının aktual tendensiyalarını, biomüxtəlifliyin, fiziologiyanın, biofizikanın, biotibbin, nevrologiyanın, biotexnologiyanın ən mühüm problemlərinin həlli, mikrobiologiya, biomühəndislik, genetika və molekulyar biologiya, habelə vahid beynəlxalq elm və təhsil məkanının qorunmasını və inkişafını müzakirə etmək məqsədini daşıyır.

Beynəlxalq elmi konfransda işçi dilləri Qazax, Rus və İngilis dilləri olmaqla hibrid formatda əyani və ZOOM vasitəsilə sesiyalarda məruzə ilə iştirak etməklə onlayn keçirilməsi nəzərdə tutulur.

Elmi tədqiqat institutları əməkdaşlarının və Universitet müəllimlərinin, pedaqoqların, alimlərin, tədqiqatçıların və tələbələrin ən innovativ tədqiqat nəticələrinin təqdim edilməsi üçün konfransa qoşulmağa dəvət olunurlar.

Tədbir 27-28 mart 2024-cü il tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetində baş tutacaqdır.

Ekspert qiymətləndirməsinin nəticələrinə əsasən, Təşkilat Komitəsinə daxil olan materiallar beynəlxalq məlumat bazalarında indeksləşdirilən BIO Web of Conferences, E3S Web of Conferences (Proceedings) jurnallarında dərc olunması üçün tövsiyə olunacaq. Məqalənin dərc edilib-edilməməsi ilə bağlı yekun qərarı beynəlxalq nəşriyyat komitəsi verir.

Konfransda iştirak etmək üçün bioconference.kaznu.kz saytında 29 fevral 2024-cü il tarixinədək qeydiyyat formasını doldurmalı və məqalə mətnini elektron formatda Word 2007/2003 formatında göndərməlisiniz. Fayl bölmə nömrəsini göstərən birinci müəllifin soyadı ilə təyin olunur (məsələn: Konfrans – Petrov V. – 1).

Konfransın keçirildiyi yer: Qazaxıstan Respublikası, 050040, Almata şəhəri, əl-Farabi pr., 71, Əl-Farabi Elmi Kitabxanası, 4-cü mərtəbə, Konfransın formatı: hibrid format (onlayn və oflayn).

Konfransın işçi dilləri: qazax, rus, ingilis.

Konfransın keçiriləcəyi ünvan:

Qazaxıstan Respublikası, 050040, Almata şəhəri, Əl-Farabi prospekti, 71, Biologiya və Biotexnologiya Fakültəsi, e-mail: bioconference@kaznu.edu.kz, dendrary@mail.az ,+99477 300 31 73, +99450 484 33 70

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir