• Paz. Mar 3rd, 2024

Zəfər TV internet kanalı Dendrologiya İnstitutu  Saray təcrübə sahəsindən sujet hazırlayıb və müsahibələr götürüb

Bydendrologiya.az

Şub 8, 2024

 

Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin Zəfər TV internet kanalı AR ETN Dendrologiya İnstitutu  Saray təcrübə sahəsində  elmi-təcrübə işlərinin gedişatı haqqında sujet hazırlayıb.  Sujetdə  təcrübə sahəsində becərilən müxtəlif bitkilərin qiymətli kolleksiyalarından, dərman əhəmiyyətli bitkilərindən, biomüxtəlifliyin, bərpası, mühafizəsi, səmərəli istifadəsi, və yaşıllaşdırmada tətbiqi haqqında məlumatlar yer alıb.  Dendrologiya İnstitutunun baş direktor v.i.e., b.ü.f.d.,dosent Minarə Həsənova Saray təcrübə sahəsində İnstitutun elmi əməkdalarının apardıqları elmi təcrübə işlərindən becərilən bitkilərin yaşıllaşdırmaqda tətbiqindən danışıb.

Mərkəzi eksprimental laboratoriyasının elmi işçisi  Mircəlallı İlhamə təcrübə sahəsində ekoloji amillər şəraitində  apardılan eksprimentlər torpaq şoranlaşması, torpaq və hava temperaturu,  havanın nisbi rütubəti, quraqlıq, yüksək və mənfi temperatur, radiasiya fonu haqqında İnstitutun baş aqranomu Zeynalov Kamran İşğaldan azad olunmuş ərzilərimizdə bitki örtüyünün taksonomik tərkibinin təhlili, bitki növlərinin introduksiyası, genofondun bərpası istiqamətində tədqiqatların aparılması, biomüxtəlifliyin genişləndirilməsi və davamlı istifadəsinin həyata keçirilməsi məqsədilə Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilən dekorativ ağac və kol bitki kolleksiyalarının həmin ərazilərə  tətbiq olunması haqqında məlumat verib.

Daha sonra Sənaye əhəmiyyətli laboratoriyasının elmi işçisi Vüsalə Bədəlova təcrübə sahəsində  dərman əhəmiyyətli  bitkilərdən efir yağlarının alınması, antimikrob xüsusiyyətlərinin öyrənilməsi, sənaye əhəmiyyəti və digər faydalı xassələri haqqında danışıb.

Qeyd edək ki, Dendrologiya İnstitutu   Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsini, Zəngilan rayonunun Ağalı kəndi ərazisində məktəb və ətraf ərazilərdə yaşıllaşdırma həyata keçirib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir