• Paz. Mar 3rd, 2024

AR ETN Dendrologiya İnstitutunda Erasmus + proqramı universitet və elmi tədqiqat institutları əməkdaşlarına nə vəd edir mövzusunda seminar təşkil olunub

Bydendrologiya.az

Şub 6, 2024

 

 

AR ETN Dendrologiya İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri  Rəşad Xəlilov Erasmus + proqramı universitet və elmi tədqiqat institutları əməkdaşlarına nə vəd edir mövzusunda seminar təşkil edib.

Təqdimatçı toplantı iştirakçılarına Erasmus+ proqramının imkanlarından məlumat verərək proqramının büdcəsinin 30 milyard avro olduğunu qeyd edib. Avropa İttifaqının “Erasmus+” proqramının ilk dəfə olaraq 1987-ci ildə yaradılmasını bildirərək əsas məqsədin proqram çərçivəsində həm tələbə-müəllim mübadiləsi, həm də potensialın gücləndirilməsi layihələrində fəal iştiraka xüsusi önəm verilməsini vurğulanıb. Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşulduğunu nəzərə alaraq bildirmək lazımdır ki, Azərbaycan Respublikası vətəndaşları da bu proqramdan yararlanmaq imkanı əldə etmişlər. İnstitutsional baxımdan proqramın imkanları həddindən artıq genişdir. Boloniya prosesi çərçivəsində universitet və elmi tədqiqat institutlarında müəyyən islahatların aparılması, Avropa universitet və institutları ilə birgə fəaliyyəti nəzərdə tutulur. Məqsəd mövcud tədqiqatın Avropa elmi tədqiqat institutları ilə əməkdaşlıq nəticəsində təkmilləşdirilməsidir.

Natiq cənab prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycan Respublikasında Yaşıl Həyat ili elan edilməsi ilə əlaqədar olaraq biologiya elminin dünyada prioritet istiqamətlərdən hesab edildiyini diqqətə çatdıraraq Dİ-dan təqdim ediləcək layihələrin bu baxımdan yüksək qiymətləndirələcəyini elmi əməkdaşların nəzərinə çatdırdı. Həmçinin universitet və elmi tədqiqat institutları əməkdaşlarının bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını da vurğuladı.

Sonda təqdimatçı institut əməkdaşlarını  Erasmus + proqramına yeni layihələr təqdim edərək fəal iştirak etməyə çağırdı.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir