• Paz. Mar 3rd, 2024

Dendrologiya  İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Bydendrologiya.az

Şub 3, 2024

 

 

AR ETN Dendrologiya İnstitutunda  2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə  açan İnstitutun baş direktor v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova iştirakçıları Gənclər Günü münasibəti ilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Gəncləri gələcəyin memarı adlandıran alim institutun gənc tədqiqatçılarına qarşıya qoyduqları məqsədə nail olmaları üçün sistemli şəkildə işləməyi, intensiv tədqiqat aparmağı tövsiyə edib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova çıxışında bildirib ki, ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil dövlətimiz naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Daha sonra İnstitutun gənc elmi kadrları çıxış edib. Məruzəçilər 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri indiyədək olan bütün seçkilərdən fərqləndiyini, bu seçkiləin ilk dəfə respublikanın bütün suveren ərazisində təşkil olunacağını vurğulayaraq, bu böyük tarixi hadisədə, gənclərimizi seçkilərdə fəal iştiraka etməyə səsləyiblər.

Çıxışlarda   Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edildiyini və azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir