• Pts. Mar 4th, 2024

“Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar” adlı beynəlxalq konfrans keçiriləcəkdir

Bydendrologiya.az

Oca 26, 2024

11-12 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Odlar Yurdu Universitetində “Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar” adlı beynəlxalq konfrans keçiriləcəkdir.

Konfrans Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şimali Kipr Respublikası Yakın Doğu Universiteti, Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası Sistemlər Tədqiqatı İnstitutu AR ETN  Dendrologiya İnstitutu, AMEA-nın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Odlar Yurdu Universitetində keçiriləcəkdir.

Konfransın elm komitəsində 20 ölkədən 40-dan çox yerli və xarici alimlər yer alır. Konfransın proqram komitəsində iştirak edəcək alimlərin H” indeksləri 50-150 arasındadır. Konfrans məqalələrinin yüksək reytinqli məlumat bazalarında (Scopus və WoS) indekslənmələri üçün beynəlxalq Springer nəşriyyatı ilə razılıq əldə edilmişdir.

Konfransda mühüm qlobal çağırışların həllinə dair kollektiv öhdəliklərin  vurğulanması nəzərdə tutulur. Tədbir ağıllı ekoloji həllər və qabaqcıl yaşıl texnologiyalar arasında sinerji kəşf etmək üçün unikal platformadır. Müxtəlif ölkələrdən gələcək elm adamları ilə əməkdaşlıq etmək, öyrənmək və bilikləri bölüşmək imkanları əldə ediləcəkdir.

Konfrans zamanı yaranan müzakirələr və ideyalar iqlim dəyişikliyi, resursların tükənməsi və çirklənmə kimi aktual qlobal problemləri həll etmək potensialı ilə çox geniş əhəmiyyət kəsb edir, konfransda paylaşılan bilik və fikirlər daha yaşıl və daha ağıllı gələcəyin formalaşmasında əsas rol oynayacaqdır.

 

Konfrans haqqında ətraflı məlumatı aşağıda qeyd olunmuş linklərdən əldə etmək mümkündür:

 

https://icsegt2024.com/

https://oyu.edu.az/az/research/

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir