• Pts. Mar 4th, 2024

AR ETN Dendrologiya İnstitutunun təşkilatçılığı ilə Qazaxstan Respublikasında beynəlxalq konfrans keçiriləcəkdir

Bydendrologiya.az

Oca 25, 2024

12 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun təşkilatçılığı ilə Qazaxstan Respublikasında beynəlxalq konfrans keçiriləcəkdir.

12 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nairliyi Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Rusiya Federasiyası Elm və Ali Təhsil Nairliyi Surqut Dövlət Pedaqoji Universiteti və Özbəkistan Respublikası Elm, Təhsil və İnnovasiya Nazirliyi Mirzo Uluqbekov adına Özbəkistan Respublikası Milli Universitetlərinin birgə təşkilatçılığı ilə Qazaxstan respublikası Elmlər Akademiyasının birinci prezidenti Sitpayev Kanış İmantayeviçin anadan olmasının 125 illiyinə həsr olunmuş “Təbiət elmlərinin aktual problemləri” mövzusunda XII Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir.

Beynəlxalq elmi konfransda işçi dilləri qazax, rus, ingilis dilləri olmaqla əyani və ZOOM vasitəsilə keçiriləcək sessiyalarda məruzə ilə iştirak etmək mümkün olacaqdır.

Konfrans materialları məqalələr şəklində elektron topluda dərc olunaraq e-library elektron kitabxana platformasında (Rusiya İndeksli İsnad Bazasında – Russian Science Citation Index – Российский индекс научного цитирования) yerləşdiriləcəkdir.

Elmi məqalələrin mətni  Word A4 formatında, 5 səhifəyə qədər, 12 şrift ölçüsündə (istinadlar siyahısı üçün 10 şrift ölçüsü), interval 1.0, şrift “Times New Roman”, səhifə eni hər tərəfdən 20 mm, UOT göstərilməklə təqdim edilməlidir.

Beynəlxalq Müştərək Konfrans aşağıdakı istiqamətlər üzrə keçiriləcəkdir:

Kimya sahəsində elmin və təhsilin aktual problemləri;

Ekoloji və coğrafi tədqiqatlar;

Bioloji sistemlərin müasir tədqiqatları problemləri;

İnformatika, riyaziyyat və fizikanın tədrisi metodologiyası və nəzəriyyəsi: innovativ   üsullar;

Məqalələr və doldurulmuş qeydiyyat vərəqləri 12 mart 2024-cü il tarixinədək elektron formada smbazarbaeva@ku.edu.kz e-mail ünvanına göndərilməlidir:  tel.: +77714773470  (WhatsAp ünvanına müraciət edilə bilər).

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir