• Paz. Mar 3rd, 2024

 “Botaniki terminlər lüğəti” kitabı işıq üzü görüb.

Bydendrologiya.az

Kas 30, 2023

 

 

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları  “Botaniki terminlər lüğəti” kitabı işıq üzü görüb. Kitab Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova, biologiya üzrə fəlsəfə doktoru, professor Hüseynağa Əsədov, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbər oğlu Ələkbərov, İlhamə Bəşarət qızı Mircəlallı, Kəmalə Ərəstun qızı Sadıqova tərəfindən yazılıb.

“Botaniki terminlər” lüğətini tərtib edərkən, müəlliflər bitkilər aləminin ən xarakterik proseslərini oxucu kütləsinə çatdırmağa səy göstəriblər.

Sözügedən vəsaitdə botanika, fiziologiya, biokimya, ekologiya, coğrafiya və torpaqşünaslıq ixtisası almış tədqiqatçı alimlər, doktorant, magistrlər, tələbə və mütəxəssis aqronomlar, bioloji elmlərin əsas istiqamətləri – sistematika, morfologiya və anatomlar üçün nəzərda tutulmaqla, müasir taksonomik terminlərin izahlı lüğəti olaraq verilib.

Təqdim olunan bu kitab botaniklər, ekoloqlar, dendroloqlar, geobotaniklər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, biologiya müəllimləri, meşə təsərrüfatı mütəxəssisləri və təbiətsevənlər üçün nəzərdə tutulub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir