• Paz. Mar 3rd, 2024

AMEA-ya seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə təsdiqlənib

Bydendrologiya.az

Kas 29, 2023

Ümumi yığıncaqda müzakirə edilən növbəti məsələ “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin təsdiqinə dair olub.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov məlumat verib. Akademik bildirib ki, dövlətimizin başçısının 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiqlənmiş AMEA-nın yeni Nizamnamənin 7.2.5. bəndində “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin hazırlanması və Ümumi yığıncaqda təsdiqi nəzərdə tutulub. Onun sözlərinə görə, Əsasnamə hazırlanaraq müzakirə üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilib və geniş müzakirələrdən sonra bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Akademik Arif Həşimov daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin ümumi müddəaları, akademiya üzvlərinin seçkilərinin təşkili və keçirilməsi qaydaları və akademiya üzvlərinin vəzifə və funksiyaları haqqında məlumatı diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA-nın Ümumi yığıncağı “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”ni təsdiq edib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir