• Pts. Mar 4th, 2024

“Göygöl Milli Parkının dendroflorası” – yeni nəşr

Bydendrologiya.az

Kas 29, 2023
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları “Göygöl Milli Parkının dendroflorası” kitabı işıq üzü görüb. Kitab Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova, biologiya elmləri doktoru professor Elman İsgəndər, Göygöl Milli Parkının direktoru Fuad Quliyev tərəfindən yazılıb.
Nəşrdə bitkilərin təbii yayılması, bоtaniki təsviri, ekоlоgiyası, istifadə perspektivliyi haqqında ətraflı məlumat yer alıb. Oxucular 38 fəsiləyə, 79 cinsə aid 229 növ ağac və kol bitkiləri haqqında məlumat əldə edə bilərlər. Bu elmi məlumatlar çoxillik tədqiqatların nəticəsidir.
Kitab botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, biologiya müəllimləri, meşə təsərrüfatı mütəxəssisləri və təbiətsevənlər üçün nəzərdə tutulub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir