<?php echo do_shortcode(‘
‘); ?>İclas elmi müəssisənin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub.
Elmi şuranın sədri, institutun baş direktor v.i.e, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda 8 laboratoriya 5 şöbə əməkdaşları hesabat veriblər.
İnstitutun laboratoriya və şöbələri il ərzində apardıqları elmi-tədqiqat işlərini slayd şəklində şura üzvlərinin diqqətinə çatdırıb.
Məruzəçilər aparılan elmi tədqiqatların nəticələri ilə yanaşı, çap olunan elmi əsərlər, yerli və beynəlxalq səviyyəli konfrans və seminarlarda iştirak, ekspedisiyalar, ezamiyyətlər, kadr hazırlığı, doktorantura, ali məktəblərlə əlaqələr, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, beynəlxalq əlaqələr, layihələr üzrə işlər, xarici ölkələrə elmi səfərlər və digər tədbirlərdən ətraflı şəkildə bəhs ediblər.
Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçilərə ünvanlanan suallar ətraflı cavablandırılıb.
Sonda İnstitutun baş direktor v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova müzakirələrə yekun vuraraq bir sıra məsələlər üzrə tapşırıq və tövsiyələrini verib.