Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın tələbə və müəllimləri AR ETN Dendrologiya İnstitutunda olublar.
Gimnaziyanın kimya müəlliməsi Musayeva Mərziyyə Xalid qızı, həmin məktəbin VIIIb sinif şagirdi Cabbarlı Arifə ilə “sabahın alimləri” müsabiqəsinə iştirak məqsədi ilə “Abşeronda introduksiya olunmuş sərv cinsinə aid Cumpessus Puramifalis növünün bioloji xüsusiyyətləri və sənaye əhəmiyyəti haqqında məlumatlar öyrənmək üçün Dendrologiya İnstitutunda olublar.
Görüş zamanı İnstitutun “Sənaye əhəmiyyətli bitkilər” laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Sadiqov Tofiq sərv cinsinə aid Cumpessus Puramifalis növünün bioloji xüsusiyyətləri və sənaye əhəmiyyətli haqqında və institutda aparılan innovativ elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və qrant layihələr haqqında məlumat verib. Tələbələr bitkilərin bioekoloji xüsusiyyətləri barədə geniş məlumat alıb, həmçinin laboratoriyalardakı müasir avadanlıqlarla yaxından tanış olublar.