• Pts. Ara 4th, 2023

ABŞERONUN YAŞILLAŞDIRILMASINDA “LEUCAENA LEUCOCEPHALA (LAM.) DE WIT NÖVÜNÜN İNTRODUKSİYA TƏCRÜBƏSİ VƏ İSTİFADƏSİ

Bydendrologiya.az

Eki 30, 2023

 

AR ETN Dendrologiya İnstitutunun Herbari və toxumçuluq laboratoriyasının elmi əməkdaşı Aynur Hüseynova Səmərqənddə  (Özbəkistan) keçirilən “Ərzaq təhlükəsizliyi:qlobal və milli problemlər ” adlı V Beynəlxalq Elmi-Praktik Konfransda onlayn iştirak edib.

Yaşıllaşdırma üçün bitkilərin seçilməsi onların bioloji və ekoloji xüsusiyyətləri ilə yanaşı həmin rayonun torpaq-iqlim şəraiti ilə də sıx əlaqədardır.  Salınan yaşıllıqların davamlılığı və uzun ömürlülüyü üçün daha çox qiymətli dekorativ xüsusiyyətlərə malik olan bitkilərdən istifadə etmək məqsədəuyğundur. Park salmaq üçün bitkiləri seçərkən onların daha çox dekorativ, həmişəyaşıl, xəstəlik və zərərvericilərə davamlı olmaları nəzərə alınmalı. Leucaena L. cinsinə aid Leucaena leucocephala (Lam.de Wit növünün Abşeron  şəraitdə   introduksiyası, bioekoloji xüsusiyyətləri, coxaldılması, quraqlığa və şaxtaya davamlılığı,  böyümə və inkişafının hər tərəfli öyrənilməsi,  aparılan elmi-tədqiqat işləri və alınan nəticələr haqqında məlumat verilir.

Leucaena leucocephala (Lam.de Wit – Ağ başcıqlı mimoza- Leucaena L. cinsi təxminən 24 növ ağac və kol bitkisini özündə birləşdirən Fabaceae fəsiləsinə aid olan bir bitki növüdür. Leucaena leucocephala (Lam.de Wit Mərkəzi Amerikaya məxsus həmişəyaşıl, sürətlə böyüyən, gövdəsi boz-qəhvəyi qabıqlı 20 metrə qədər olan bir ağacdır.  Bitki  kifayət qədər sürətlə böyüyür. Tropik iqlim şəraitində Leucaena leucocephala yaxşı böyüyür. İşıqsevərdir, torpağa tələbkar deyil.

İstiliyin orta səviyyədə olması lazımdır, qışda soyuğa dözümlüdür, lakin 10 ° C-dən aşağı olmamalıdır, orta dərəcədə şoranlığa davam gətirə bilir. Leucaena leucocephala növünün Abşeron şəaitində istiyə, işığa ,rütubətə, soyuq hava axınına, torpaq qidalanmasına tələbləri öyrənilmişdir. Bitki böyümə,  çiçəkləmə, meyvəəmələgətirmə dövründə ekoloji mühit amillərinə qarşı yüksək tələbkar, dinclik dövründə isə az tələbkardır.    Abşeron şəraitində tədqiq etdiyimiz Leucaena leucocephala növü vegetasiya müddətində inkişaf fazalarının hamısı normal keçir və yaşıllaşdırma işində tətbiq olunmaq üçün böyük perspektivliyə malikdir. Yerli şəraitdən yığılan toxumlar açıq və qapalı şəraitdə, payız  mövsümündə səpilmişdir. 04.10.2020. tarixində,  torpaq, qum və torf qarışığından (1:1:1) nisbəti şəklində hazırlanmış substratda 1,5-2,0 sm dərinliyində  səpilmişdir.Cücərmə 80-83 % nəticə vermişdir.

Leucaena leucocephala növünün boy artımı aprel ayının II ongünlüyündən başlayaraq, oktyabr ayının axırına kimi davam edir. Təqribən bitki 210+7 gün vegetasiya edir. Bitki isti və işıqsevən olub, 5-6 il ərzində haüdürlüyü 2,5 m, gövdəsinin diametri isə 14 sm, yan budaqlarının uzunluğu 85-90 sm-dir. 4-5 yaşından etibarən meyvə verir.

Leucaena leucocephala (Lam.de Wit – Ağ başcıqlı mimoza ətraf mühitə verdiyi töhfə çox yönlüdür: Eroziya nəzarəti və meliorasiya. Dərin kök kökü sıxılmış yeraltı təbəqələrin parçalanmasına kömək edir, beləliklə suyun nüfuzunu yaxşılaşdırır və səth axınını azaldır. Şoran yeraltı suyunun səthə çatmasına mane olur. Kontur zolaqlarda yetişən leucaena, dik yamaclarda eroziya nəzarətində kömək edir,külək zərərlərinin qarşısını alır, yarpaqlarıdan  yaşıl gübrə  kimi istifadə edilir. Keyfiyyətli kömür, kiçik mebel və kağız sellülozunun hazırlanmasında istifadə olunan ağac çox dəyərlidir. Gənc tumurcuqları, cavan yarpaqları və toxumları insan qidalanmasında tərəvəz kimi istifadə edilə bilər. Leucaena, tropiklərin ən keyfiyyətli və dadlı yem ağaclarından biridir.

Abşeron şəraitində tədqiq etdiyimiz Leucaena leucocephala (Lam.de Wit – Ağ başcıqlı mimoza vegetasiya müddətində inkişaf fazalarının hamısı normal keçir və yaşıllaşdırma işində tətbiq olunmaq üçün böyük perspektivliyə malikdir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir