• Pts. Ara 4th, 2023

Dendrologiya İnstitutunun LREM ilə birgə açdığı laboratoriya fəaliyyətə başlayıb

Bydendrologiya.az

Eyl 21, 2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun “Eklogiya və İqlimləşdirilmə” şöbəsinin müdiri, b. ü. f. d, dos. Hüseynağa Əsədov və e. i. Kəmalə Sadıqova Respublikamızın yüksək rütubətli subtropik bölgəsində becərilən yeni subtropik bitkilərd-müxtəlif çay və sitrus bitkilərinin, eləcədə ekzotik meyvələrin bioekoloji, fizioloji və biokimyəvi xassələrinin, iqlim dəyişmələrinin təsiri nəticəsində növlərin keyfiyyət göstəricilərini təyin etmək məqsədi ilə Lənkəran şəhərindəki AMEA-nın Lənkəran Regional Elmi Mərkəzdə olublar. İnstitutun əməkdağları Mərkəzdə çay, sitrus və subtropik bikiləri ilə bağlı elmi-tədqiqat işləri aparıb.
Bitki mənşəli məhsullar insan orqanizminin vitaminlərlə təmin olunmasında mühüm yer tutur və əvəzolunmazdır. Ona görə də məhsuldar, yüksək rütübətli iqlim şəraitinə uyğunlaşmış, ekoloji cəhətdən saf olan çay və subtropik meyvə bitki qidalarına üstünlük verilməlidir. Yeni bitki suptropik sortlarının yaradılması, onların dinamiki inkişafının təmin edilməsi aktual problem olmuş, proritet istiqamətlərdən biridir və mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında son illər çayçılığın elmi-praktiki əsasları, çay içkisinin biokimyəvi komponentlərinin, çayın keyfiyyət göstəricilərinin mahiyyəti, onun orqanizmdə baş verən müxtəlif müxtəlif biokimyəvi proseslərdə metal ionlarının rolu, çay ekstraktları (xülasə) və dəmləmələrinin antioksidant xassələri, müxtəlif xəstəliklərin bərpasında (reabilitasiya) istifadə olunması, onun antibakterial xassəsi, fizioloji və biokimyəvi proseslərə çayın biokimyəvi komponentlərinin təsir xassəsi funtamental nəzəri tədqiqatlarla zənginləşdirir. Azərbaycanın rütubətli subtropik zonası olan Lənkəran-Astara bölgəsində Çin növmüxtəlifliyi geniş ərazilərdə becərilir. Bu ərazilərin iqlim-torpaq və nisbi rütubətinin əlverişli olması Çin növmüxtəlifliyinin boy və inkişafına optimal şərait yaradır. Müəlliflər Lənkərn-Astara bölgəsində çay plantasiyalarını genişləndirilməsinin istifadəsini məqsədyönlü hesab edir.
Lənkəran-Astara rütubətli subtropik bölgəsində çay bitkisi ilə yanaşı, limon, naringi, avakado, berqamod, pompeus, nəcib dəfnə və s. sənaye miqyaslı inkişafı üçün aqroiqlim potensialı mövcuddur və bunların istifadəsi diqqət mərkəzindədir.
Dendrologiya İnstitutu ilə yenilənmiş müqaviləyə əsasən, Lənkəran Regional Elmi Mərkəzində bir sıra istiqamətlər üzrə müştərək elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur. Sitrus, çay və müxtəlif ekzotik bitkilərin yarpaq, çiçək və meyvələrindən efir yağı və ekstraktının alımnması məqsədi ilə LREM-də müasir cihaz və avadanlıqlarından istifadə edilərək, yeni alınmış qurğular (4 sistem) quraşdırılmışdır. LREM-də yaradılan laboratoriyada aparılan axtarışlar ilk bəhrəsini verib. LREM-in direktoru,b. ü. f. d, prof. Fərman Quliyevin rəhbərliyi altında Dendrlogiya İnstitutunun şöbə müdiri b. ü. f. d, dos. Hüseynağa Əsədov, elmi işçi Kəmalə Sadıqva, kiçik elmi işçi İdris Höccətov və Ülviyyə Axundovanın apardığı elmi-tədqiqatlar nəticəsində ilk dəfə olaraq mərkəzdə çay yarpağının ekstraktı və limondan efir yağı alınmışdır.
Limon meyvələri yüksək qidalılıq və müalicəvi əhəmiyyətə malikdir. Meyvələrindən angina, sinqa, podaqra, əzələ revmatizmi, nəfəs yolları, mədə-bağırsaq və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə olunur. Limonun tərkibi qələvi elementlər, üzvi turşular, azotlu maddələr (kalum, mis) A, C vitaminlərlə və s. zəngindir. Limonun qabığı və yarpaqlarında efir yağı vardır. Meyvələrinin qabığından alınan efir yagı ətriyyat istehsalında və təbabətdə istifadə edilir.
Azərbaycanda iqtisadi rayonlar sırasında Lənkəran zonası sitrus meyvələrinin istehsalının 98 %-ni təşkilş edir. Limonon 200-ə yaxın sortu vardır. Respublikamızda yeni alınmış sitruslardan-Ləmkəran meyer, Yeni Gürcüstan, Ordubad limonu, Şirin limon və s.sortlarıdırr.
Dendrologiya İnstitutunun əməkdağları LREM-də çay, sitrus və digər subtropik bikiləri ilə bağlı elmi-tədqiqat işlərini daha yüksək səviyyəyə çatdırmaq üçün uğurla davam etdirirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir