Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşları biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, iqlim dəyişkənliyinin biomüxtəlifliyə, populyasiyalara və növdaxili dəyişkənliyə təsiri istiqamətində elmi tədqiqat işləri aparılır. Dendrologiya İnstitutu ilə birgə Kənd Təsərrüfat Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun (ETİ) Abşeron Təcrübə Stansiyası ilə bağlanmış müqavilə əsasında, “Ağac kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyası”nın elmi əməkdaşları tədqiqat işini davam etdirilər.
Təcrübə sahəsində Nandina Domestica, Amorpha phruticosa, Prosopis farcta Macbride, Melia azedarch, Ceratonia siliqua L., Spartium juncerum L. və “Ukrayna botanika bağı”ndan mübadilə yolu ilə alınmış növlərdən isə- Syringa vulgaris L., Sesbaniya, Syringa pubescens L, Syringa fakrieri, Syringa pekinensis, Syringa amurensis, Chionanthus virginicus, Schizandra chinensis, Callistemon speciosus, Hibiscus cannabinus W. növlərinin yaşıllaşdırmada istifadəsi elmi əsaslarla araşdırılaraq tədqiq edilir.