• Pts. Ara 4th, 2023

Qan damarlarını bərpa edən fito maddələr və faydalı bitkilər  haqqında kitab işıq üzü görüb

Bydendrologiya.az

Eyl 21, 2023

 

AR ETN Dendrologiya İnstitutu əməkdaşlarının həmmüəllifi olduqları “Qan damarlarını bərpa edən fito maddələr və faydalı bitkilər” (xalq və ənənəvi təbabət üsulları əsasında)  kitabı işıq üzü görüb.

Biologiya üzrə fəlsəfə doktorları, dosent M.Y.Həsnova, R.Ə.Ələkbərov,Nərgiz Məmmədova, bioloqlar V.R.Əhmədova və Z.F.Abbaszadə tərəfindən təqdim olunan bu kitab xalq və ənənəvi təbabətdə istifadə olunan dərman bitkiləri, onlardan hazırlanmış ekstraktlar, fito maddələr, qarışıqlar, həb qranula, dəmləmələr, bişirmələr və meyvə tərəvəz  qarışımlarının köməyi ilə  müxtəlif səbəblərdən tutulmuş damarların (arteriya, vena) aşılması yollarından bəhs edir. Əsərdə damar tutulmalarının yranması və inkişafı səbəbləri və xəstləyin ənənəvi və xalq təbabəti metodları vasitəsi ilə müalicəsi ətraflı şəkildə şərh edilmişdir. Kitab bu xəstəliyə tutulmuş insanları maarifləndirmək, onların sağaldılmasına göstərilən vasitə və üsullar haqqında ətrafı məlumatlar verilməsi məqsədi ilə yazılmışdır.

Kitab geniş oxucu  kütləsi üçün nəzərdə tutulub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir