İnstitutun baş direktor v.i.e., b.ü.f.d., dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda institutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi tədqiqat işlərinin müzakirəsi aparılıb.
İclasda 8 laboratoriya və 7 şöbənin müdirləri rəhbərlik etdikləri laboratoriyaların elmi və elmi-pedaqoji fəaliyyəti, monitorinqlər və mövcud problemlər ətraflı müzakirə olunub.
İclasın gündəliyində institutun elmi tədqiqat laboratoriyalarında icra edilən elmi tədqiqat plan işlərinin 9 aylıq hesabatları dinlənilib. Laboratoriya əməkdaşlarının tədqiqat plan işləri lazımi səviyyədə aparıldığı respublikamızın müxtəlif regionlarına ekspedisiyalar təşkil edilməklə qlobal iqlim dəyişkənliklərinin flora zənginliyinə təsir xüsusiyyətləri araşdırıldığı və bitki növlərinin yeni ərazilərə introduksiya edilməsi uğurla öyrənildiyi vurğulanıb.