Ərzurum Texniki Universiteti (Ərzurum, Türkiyə) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
18.09.2023-cü il tarixində Ərzurum Texniki Universiteti və AR ETN Dendrologiya İnstitutu arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə qarşılıqlı marağa əsaslanaraq, mədəniyyət, təhsil və tədqiqat sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
İmzalanmış sənəddə elmi təşkilatların qarşılıqlı faydalı əsasda tədqiqat aparmaq üçün tələbə və alimlərin birgə tədqiqatı, akademik mobillik üzrə tələbə və müəllim heyətinin mübadiləsi, alimlərin konfrans, simpozium və mühazirələrə dəvət edilməsi, qarşılıqlı maraq doğuran sahələrdə məlumat, akademik material və nəşrlərin mübadiləsi nəzərdə tutulur.