Sənədi Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağının direktoru Privalov Fyodor İvanoviç və Dendrologiya İnstitutunun baş direktor v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova imzalayıblar.
Müqavilədə bitkilərin introduksiyası, bioloji biomüxtəlifliyin və dünya florasının mühafizəsi problemlərinin həllinin yeni introduksiya şəraitində öyrənilməsi, bitki introduksiyası sahəsində uzunmüddətli və səmərəli birgə görüşləri nəzərə alaraq əlaqələrin qorunub saxlanmasına, möhkəmləndirilməsinə dair əməkdaşlıq yer alır.
İmzalanma mərasimində Dendrologiya İnstitututu və Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağı arasında münasibətlər birgə tədqiqat proqramlarının, layihələrin, elmi məlumatların, birgə tədqiqat qruplarının formalaşdırılması, birgə beynəlxalq konfransların, seminarların, simpoziumların və tərəflərin razılığı ilə qarşılıqlı fayda doğuran digər tədbirlərin təşkili üçün bərabərlik, tərəfdaşlıq və qarşılıqlı faydalılıq əsasında dostluq, etimad və hörmət ruhunda inkişaf ediləcəyi qeyd edilmişdir.